Yaponiya və Çin müzakirələrə başladı
Bizi izləyin

Dünya

Yaponiya və Çin müzakirələrə başladı

Ərazi qalmaqalına görə iki ildən çoxdur davam edən gərginlikdən sonra Çin və Yaponiya liderləri rəsmi danışıqlar aparmaq üçün görüşüblər.

Publika.az-ın məlumatına görə, Çin prezidenti Xi Jinping və Yaponiyanın Baş naziri Şinzo Abe Pekində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində bir araya gəliblər.

Bu, iki lider arasında keçirilən ilk danışıqlardır. Şinzo Abe deyib ki, bu görüş əlaqələri yaxşılaşdırmaq üçün ilk addımdır.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər Şərqi Çin Dənizindəki adalar üzrə başlayan qalmaqala görə pozulub.

Çində Diaoyu, Yaponiyada isə Senkaku adı ilə tanınan və strateji baxımdan mühüm sayılan adaları Yaponiya idarə edir.

2012-ci ilin sentyabr ayında Tokionun adalardan üçünü fərdi yaponiyalı sahibkardan satın almaq barədə qərarına görə illərlə sakitcəsinə davam edən mübahisə gərginləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm