PKK-nın idarəçisi öldürüldü
Bizi izləyin

Dünya

PKK-nın idarəçisi öldürüldü

PKK-nın 3 ən yüksək səviyyəli üzvündən biri öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə İŞİD-ə yaxınlığı ilə bilinən saytlardan biri məlumat yayıb.

Kobanidə İŞİD-lə kürdlər arasında şiddətli atışma baş verib. PKK-nın 3 ən nüfuzlu adamlarından biri olan Bahoz Ərdal atışmalar zamanı öldürülüb. Məlumata görə, Ərdal üzündən vurulub.


Xəbəri alan PKK Bahoz Ərdalın ölümünün gizlədilməsi əmrini verib.

Bahoz Ərdal kimdir?

Həkim Bahoz Ərdal adı ilə tanınan bu şəxsin əsl adı Fehman Hüseyndir. 1969-cu ildə Suriyada anadan olub. Gənclik illərində Dəməşqdə tibb təhsili alıb. Öcalanın tutulmasından sonra Murad Qarayılan və Cəmil Bayıkla birlikdə təşkilata nəzarəti ələ keçirib. 2004 və 2009-cu illər arasında təşkilata bağlı "Xalq Müdafiə Qüvvələrinin" komandanlığını edib. Son olaraq Kürdüstan Azadlıq Şahinləri adlı partizan qrupunun idarəçiliyinə üstlənmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm