Zükerberq alimlərə 3 milyon dollar mükafat verdi
Bizi izləyin

Dünya

Zükerberq alimlərə 3 milyon dollar mükafat verdi

San Fransiskoda dünya ölkələrində riyaziyyat, fizika və astronomiya üzrə tədqiqatçılara elmdə Böyük nailiyyətlərə görə mükafat (Breakthrough Prizes) verilib.

Publika.az xəbər verir ki, mükafatların on iki qalibi ABŞ-ın texnoloqiya sənayəsinin qeyri-rəsmi paytaxtı kimi tanınan Silikon vadisində keçirilən rəsmi qalada açıqlanıb. Qaliblər sırasına astronomlardan ibatər iki qrup daxildir. Onlar kainatın genişlənmə prosesinin yavaşımaq əvəzinə sürətləndiyini aşkar ediblər.

Beş riyaziyyatçı öz sahələrində mükafatı alan ilk mütəxəssislər olublar, altı alim isə genlərin tənzimlənməsi və bakterial immunitet sahələrində işlərə görə Həyat Elmləri Mükafatını bölüşüb.

12 mükafatın hər biri 3 milyon dollar dəyərindədir.

Mükafatlar rus milyarderçı investor Yuri Milner, Google şirkətinin həmtəsisçisi Sergey Brin, Çinin internetdə alış-veriş səhifəsi olan Alibabanın təsisçiləri Cek Ma və Kesi Zenq və Facebook sosial media şəbəkəsinin təsisçisi Mark Zükerberq tərəfindən təsis edilib. Veb səhifəsinə əsasən, bu mükafatların məqsədi alimlərin nailiyyətlərini qeyd etmək və insanlarda elmin müxtəlif sahələrini karyera kimi seçməyə həvəs yaratmaqdır.

Bazar günü San Fransiskoda keçirilən təqdimat mərasiminin aparıcısı Hollivudun komediya ustası Seth Makfarleyn olub. Mükafatlar aktyor Benedikt Kemberbetç və aktrisalar Keyt Bekinseyl, Kamerun Diaz tərəfindən təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm