Misirdən İŞİD-ə dəstək: “Ənsar Beyt Əl-Məqdis” xilafətə beyət etdi
Bizi izləyin

Dünya

Misirdən İŞİD-ə dəstək: “Ənsar Beyt Əl-Məqdis” xilafətə beyət etdi

Misirin "Ənsar Beyt Əl-Məqdis" silahlı qrupu bu gün Xilafətə sədaqətini bildirib.

Publika.az xəbər verir ki, Misirin cihadçı qrupu özünün Twitter səhifəsində Bağdadini xəlifə adlandıraraq, bütün müsəlmanları onu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, İraqın yüksək səviyyəli rəsmiləri bazar günü Bağdadinin hava hücumları zamanı yaralandığını desələr də, Birləşmiş Ştatların Müdafiə nazirliyi belə bir məlumatın olmadığını bilıdirib.

İraqın müdafiə naziri Xalid Əl-Ubeydi özünün Facebook səhifəsində Bağdadinin cümə axşamı Birləşmiş Ştatların Mosulda hava hücumları zamanı yaralandığını yazıb.

İraqın Daxili İşlər nazirliyi də Associated Press agentliyinə bu məlumatın doğru olduğunu bildirib. Digər məlumatlarda isə hava hücumları zamanı Bağdadinin yaxın silahdaşlarından birinin də öldürüldüyü deyilib.

İŞİD-ə aid tvitter səhifəsində isə xəlifənin öldüyü təsdiq edilib.

Britaniyanın müdafiə xidmətinin rəhbəri Nik Nyuqton isə bildirib ki, İraqda cihadçıların liderləri hətta öldürülsə belə, bunun yaraqlıların strateji məğlubiyyətinə səbəb olduğuna dair nəticə çıxarmağa tələsmək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm