Obama və Putin Pekində üz-üzə
Bizi izləyin

Dünya

Obama və Putin Pekində üz-üzə

ATES-in Pekin sammitində Rusiya prezidenti Vladimir Putin ilə onun amerikalı həmkarı Barak Obama arasında ayaqüstü söhbət olub.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və ABŞ-ın liderləri ATES sammitində də ünsiyyəti davam etdirirlər. Dövlət başçılarının görüşü Çin Xalq Respublikasının sədri Si Szinpinin adından keçirilən təntənəli qəbul zamanı liderlərin birgə foto çəkməsi zamanı baş tutub.

Xəbər verilir ki, V.Putin və B.Obama söhbət etdiyindən ATES sammitində birgə foto çəkmək mərasiminə gecikiblər. D.Puskovun sözlərinə görə, Putin və Obama arasındakı söhbət yalnız bir neçə cümlədən ibarət olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm