Su növbəsində dayananları raket atəşinə tutdular – VİDEO
Bizi izləyin

Dünya

Su növbəsində dayananları raket atəşinə tutdular – VİDEO

Separatçılar Ukraynanın Donetsk vilayətinin Avdeyevka qəsəbəsində su növbəsində dayanan insanları atəşə tutub.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 7 nəfər yaralanıb.

“Donetsk terrorçuları Avdeyevka sakinlərinin Ukrayna dövlətinə onların sədaqətini bağışlaya bilmirlər və insanların dinc yaşamasına imkan vermirlər. Bu gün onlar yaşayış qəsəbəsinə yeddi raket buraxıblar. Nəticədə üç mülki vətəndaş və bir hərbçi həlak olub, yeddi nəfər yaralanıb. Bundan başqa, kommunikasiya xətləri və yaşayış evlərinə ciddi ziyan dəyib”, - deyə xəbərdə bildirilir.

Şahidlərin məlumatına görə, raketlər Donetskin separatçıların nəzarət etdiyi ərazisindən atılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm