Mədən sahibi də daxil olmaqla 5 həbs
Bizi izləyin

Dünya

Mədən sahibi də daxil olmaqla 5 həbs

Türkiyənin Ermenek vilayətində 2 nəfərin öldüyü və 16 nəfərin itkin düşdüyü mədənin sahibi və daha 4 nəfər həbs edilib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Ermenekdə mədənin su basması nəticəsində 2 nəfər ölüb və 16 nəfər hələ də yerin altındadır. Faciə ilə əlaqədar bu gün ilk həbslər həyata keçirilib. Belə ki, aralarında Xas Şəkərlər Mədənçilik Şirkətinin sahib Saffet Uyar da olmaqla beş nəfər “bilərəkdən ölümə səbəb olmaq” ittihamı ilə həbs olunub.

Xatırladaq ki, oktyabrın 28-də, günorta saatlarında Xas Şəkərlər Mədənçilik Şirkətinə məxsus kömür mədənini su basıb. Nəticədə 18 nəfər yerin altında qalıb. Axtarış tədbirlərinin 10-cu günündə mədənçilərdən ikisinin cəsədi tapılıb. 16 işçinin xilas edilmə tədbirləri hələ də davam etdirilir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm