Qaribaşvili ordunu zərərsizləşdirdi - Razılaşma
Bizi izləyin

Dünya

Qaribaşvili ordunu zərərsizləşdirdi - Razılaşma

“Gürcüstan ordusu siyasiləşməsinə baxmayaraq, millətin qürurudur”.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstan baş naziri İrakli Qaribaşvili yeni müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Gürcüstan ordusunun inkişafı və gələcək planları görüşün əsas mövzusu olub: “Müdafiə naziri və Baş Qərargah rəisi ilə ölkədə baş verən son hadisələrə yekun vurduq və razılaşdıq ki, gürcü ordusu siyasətdən kənar olacaq. Gürcüstan hökuməti ordunun inkişafı üçün hər şeyi edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm