İsraildən qaçan yəhudi qadın PKK-ya qoşuldu
Bizi izləyin

Dünya

İsraildən qaçan yəhudi qadın PKK-ya qoşuldu

Kanadada doğulub bir müddət İsrail ordusunda xidmət edən 31 yaşlı qadın Suriyaya gedərək YPG-yə qoşulub.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, İsrailin Təl-Əviv şəhərində yaşayan adı açıqlanmayan yəhudi qadın PKK terror təşkilatının Suriya qolu olan YPG-yə qoşulub. Bu barədə o özü “CNN”ə açıqlama verib.

Yəhudi qadın Kanadada doğulub və İsrail ordusunda xidmət edib. 31 yaşlı qadın YPG haqqında danışan zaman “onlar bizim əzizlərimizdir və yaxşı insanlardır. Həyatı sevirlər və bizə oxşayırlar” deyib. Bundan əlavə, Suriyanın şimalında - Kobanidə döyüşəcəyini deyən qadının İsrail ordusunda xidmət etməsinin YPG yaraqlıları üçün üstünlük olacağı bildirilir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm