Rusiya ordusu İrəvanda hərbi paradda iştirak edəcək
Bizi izləyin

Dünya

Rusiya ordusu İrəvanda hərbi paradda iştirak edəcək

Rusiyanın Gümrü bazasındakı hərbçiləri İrəvanda Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunacaq hərbi paradda iştirak edəcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Rusiya müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Seyran Ohanyanın görüşündə əldə olunub.

Görüşdə həmçinin 2015-ci il əməkdaşlıq planı müzakirə edilib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirlər Rusiya Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində Ermənistan silahlı qüvvələri üçün kadrların hazırlanmasının təşkili məsələsinə xüsusi diqqət ayırıblar. Xəbərdə 244 erməni hərbi qulluqçusunun sözügedən hərbi təhsil müəssisələrində təhsil aldığı xatırlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm