Rusiya Çeçenistan müharibəsinin qalib briqadasını Ukraynaya göndərdi
Bizi izləyin

Dünya

Rusiya Çeçenistan müharibəsinin qalib briqadasını Ukraynaya göndərdi

Rusiyadan Ukrayna ərazisinə 56-cı desant-hücum briqadasının hərbi texnikası və canlı qüvvəsi daxil olub.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Pravoye delo” ictimai təşkilatının sədri Dmitri Sneqirev bildirib.

Onun sözlərinə görə, sözügedən briqada Çeçenistan və Dağıstanda döyüş təcrübəsi qazanıb.

“Yerli sakinlərin informasiyasına görə, noyabrın 10-da Rusiyanın Rostov vilayətindən 56-cı desant-hücum briqadası Ukraynaya daxil olub. Halbuki onun daimi dislokasiya yeri Volqoqrad vilayətinin Kamışın şəhəridir. Briqada 1999-cu ilin avqustunda Dağıstan Respublikası və Çeçenistan Respublikasında döyüş əməliyyatlarında iştirak edib. Briqada daha əvvəl Cənub hərbi dairənin operativ güclərinə tabe idi, amma 21 oktyabr 2013-cü il Rusiya Hərbi Hava Qüvvələrinin tərkibinə daxil olub”, - deyə D.Sneqirev vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm