• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Koalisiya qüvvələri Türkiyə konsulluğunu vurdu – SON DƏQİQƏ

  • Dünya
  • 11 Noyabr 2014 15:38
  • 671 Baxış
Koalisiya qüvvələri Türkiyə konsulluğunu vurdu – SON DƏQİQƏ

ABŞ-ın ətrafında topladığı beynəlxalq koalisiya qüvvələrinə aid qırıcılar İŞİD-in İraqın Mosul şəhərində olan mövqelərini vurub. Əməliyyatda vurulan binalardan biri də hal-hazırda İŞİD-in qərargahına çevrilən Türkiyə Konsulluğudur.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, koalisiya qüvvələri bu gün səhər saatlarında İraqın Mosul şəhərində əməliyyat keçirib. Əməliyyatda vurulan yerlər arasında terror təşkilatının özünə əsas qərargah olaraq seçdiyi Türkiyə Konsulluğu ilə bərabər, Şəriət məhkəməsinin, icra nümayəndəliyinin, polis idarəsinin və idman idarəsinin binası var.

Xəbərdə çoxlu sayda İŞİD-çinin öldüyü bildirilsə də, dəqiq rəqəm göstərilmir.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR