• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Poroşenko səhv seçim oldu – Mövqe

  • Dünya
  • 11 Noyabr 2014 17:00
  • 699 Baxış
Poroşenko səhv seçim oldu – Mövqe

“Ukraynalılar prezident seçimində yenidən səhv etdilər. 2004-cü il birinci Maydan qələbəsindən sonra etdikləri kimi”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu sözləri politoloq Sergey Dasyuk deyib.

Onun sözlərinə görə, müdafiə qabiliyyətinin artırılması, Donbas hövzəsinin Ukraynanın tərkibinə qaytarılacağı barədə bəyanatlar yalandır: “Ukrayna ordusuna yeni silahlar alınması üçün pul yoxdur. Qərb ona kömək etməyəcək. Belə vəziyyətdə prezident hərbi vəziyyət elan etməyə, yaxud da Donbasın itirildiyini açıqlamağa məcburdur. Vəziyyət dalana dirənib. Əgər biz siyasi elitaları tamamilə dəyişdirə bilsəydik, çıxış yolu tapılardı. Amma bu olmadı. Təəssüf ki, biz prezident seçimində yenidən səhvə yol verdik. Bu, Ukraynanın nəhəng səhvidir. Və biz bu səhv üçün hesab ödəməyə məcbur olacağıq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR