• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İsrailli ekspert: “Avropalı hakimlər də Sərkisyanın cinayətkar klanının hərəkətlərini soyuqqanlı izləyə bilmədilər”

  • Dünya
  • 11 Noyabr 2014 18:31
  • 460 Baxış
İsrailli ekspert: “Avropalı hakimlər də Sərkisyanın cinayətkar klanının hərəkətlərini soyuqqanlı izləyə bilmədilər”

“Avropa məhkəməsinin qərarlarının bəzən Cənubi Qafqaz ölkələrinə münasibətdə qərəzli xarakter daşımasına baxmayaraq vəziyyət elə gətirdi ki, hətta avropalı hakimlər Serj Sərkisyanın başçılıq etdiyi cinayətkar Qarabağ klanının hərəkətlərini soyuqqanlı və etinasız izləməyə dözmədilər".

Publika.az-a açıqlamasında bu sözləri Ermənistan hökumətinə qarşı Avropa İnsan Haqları Məhkəməsinin növbəti müraciətini şərh edən beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut deyib.

Böhranların aradan qaldırılması üzrə beynəlxalq qeyri-hökumət təşkilatının hesablamalarına görə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hərbi mövcudluğunu bu ölkənin 10 min vətəndaşı təmin edir. Bu haqda mühüm məlumatlar təqdim olunur ki, bir sıra çağırışçılar və müqavilə ilə çalışan hərbçilər Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərinə könüllü deyil, məcburi şəkildə göndərilir. İsrail politoloqunun fikrincə, bu məsələdə çox səciyyəvi amil ondan ibarətdir ki, Avropa məhkəməsi bu məsələdə fəal şəkildə iştirak edərək, ağılsız və beynəlxalq hüquq normalarını pozan Ermənistan rəhbərliyinin qanunazidd hərəkətlərini açıq-aşkar pisləyir.

"Tamamilə aydındır ki, bu növbəti sayıqlama və uydurma erməni separatçılarının Azərbaycana qarşı növbəti dəfə öz təcavvüzkar və işğalçı hərəkətlərinə bəraət qazandırmaq məqsədi daşıyır. Biz çox gözəl xatırlayırıq ki, Dağlıq Qarabağın separatçı rejimini Avrasiya birliyinə daşımaq istəyən Sərkisyan Qazaxıstanda diplomatik fiaskoya uğradı. Sərkisyan rejimi sərt cavab alaraq, Dağlıq Qarabağın separatçı terror rejimi ilə həmrəylik nümayiş etdirmək qərarına gəlib. Aydındır ki, indiki Ermənistan rəhbərliyi yaranmış atəşkəs dövründə nəyin bahasına olursa olsun, hazırkı status-kvonu saxlamağa çalışır. Lakin regionda baş verən son hadisələr bir daha sübut edir ki, rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan anlamalıdır ki, Azərbaycanın səbri tükənmək üzrədir, rəsmi Bakı, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi üçün özünümüdafiə üçün deyil, həm də beynəlxalq hüquq normalarına əsasən bu əraziləri işğaldan azad etmək hüququna malikdir", - İsrailli politoloq söyləyib.

Eyni zamanda A.Qut birmənalı şəkildə bildirib ki, Dağlıq Qarabağa əsgər göndərilməsi Ermənistan Respublikası tərəfindən yalnız beynəlxalq hüquq normalarının pozulması deyil, bu, eyni zamanda birmənalı şəkildə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı apardığı dövlət terrorizmi siyasətinin ehtiva edir: “Bu gün erməni xalqı Sərkisyan rejiminin ağılsız və bisavad hərəkətlərindən yorulub. Ermənistan prezidenti xalqını tamamilə unudub və öz hakimiyyəti və oliqarxiyanın möhkəmləndirilməsi ilə məşğuldur. Bu gün sirr deyil ki, Sərkisyan rejimi öz ölkəsini qarət etməklə zənginləşir və bu Ermənistanı və erməni xalqını milli fəlakətə gətirib çixarıb. Ermənistan Azərbaycan torpaqlarının işğalına görə demək olar ki, Xəzərin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrin kənarda qalıb. Bu bir danılmaz faktdır ki, bu gün Ermənistan Cənubi Qafqazın ən asılı ölkəsidir. Son vaxtlar biz bir tərəfdən sosial-iqtisadi siyasətin iflasını müşahidə edirik, nəticədə Ermənistan hakimiyyəti tərəfindən"ağ soyqırımı" həyata keçirilir. Husisapail Network erməni mənbələrinə əsasən xəbər verir ki, Ermənistanın əhalisi sürətlə azalır, ildən-ilə mühacirət daha fəlakətli miqyas alır, əhali ölkəni kütləvi şəkildə tərk edir. Demoqrafiya mənfi saldosu "mənfi 1,3" hər min nəfər həddində gələcəkdə də davam edəcək və artıq 2020-ci ildə Ermənistanda ölüm, doğum faizini ötəcək. Bu demoqrafik və mühacirət amilləri ilə yanaşı, biz müxalifət və hakim elita arasında ciddi qarşıdurmanı da müşahidə edirik. Sərkisyanın son hərəkətləri bir daha sübut edir ki, o, Ermənistanın siyasi səhnəsinə təsadüfən düşən, tam məsuliyyətsiz və uzağı görməyən bir siyasətçidir. O, bütün çıxışlarında və hərəkətlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Eyni zamanda Sərkisyan o qədər başını itirib ki, ciddi və təsirli Avropa hüquq qurumlarının tələblərinə də məhəl qoymur".

Azərbaycan xüsusi xidmət orqanlarının məlumatına görə, hazırda 4928 nəfər, o cümlədən 56 uşaq, 327 qadın, 364 qoca itkin düşüb. Qutun sözlərinə görə, Ermənistan tərəfi həmin insanların əsir düşməsi faktını tam təkzib edir.

“Əsirlərin saxlanma faktı erməni əsirliyində beynəlxalq hüquq müdafiəçiləri tərəfindən təsdiqlənib. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu insanların bir hissəsi erməni əsirliyində xəstəlik səbəbindən dünyasını dəyişib, bir qismi isə amansızlıqla qətlə yetirilib, bəziləri isə indiyə qədər ən ağır işləri yerinə yetirmək üçün qul kimi istifadə olunur. Çox sayda azərbaycanlı əsir və girovların Ermənistanda və işğal olunmuş ərazilərdə, bu insanlara qarşı qətllər və işgəncələr haqqında xeyli məlumat toplanılıb. İndiki Ermənistanı idarə edən hakimiyyət Azərbaycanın Xocalı şəhərində qanlı soyqırıma görə tam məsuliyyət daşıyır. Ermənistan dövlət başçısının dostunun həyasızlığı o dərəcəyə çatıb ki, ХХI əsrdə belə, o əsarətində azərbaycanlı uşağı saxlaması haqqında bəyanat verir. Bu adamlarda, əgər onları belə adlandırmaq mümkünsə, vicdan və rəhm deyilən anlayış yoxdur. Məhz buna görə də bu gün Ermənistan Respublikasında hakimiyyətdə olan bütün bu terrorçular və hərbi cinayətkarlar, beynəlxalq ədalət məhkəməsi qarşısında dayanmalı və mütləq cavab verməlidirlər", - deyə A.Qut sonda bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR