Kilsəyə silahlı hücum olub: Xeyli sayda ölü və yaralı var
Bizi izləyin

Dünya

Kilsəyə silahlı hücum olub: Xeyli sayda ölü və yaralı var

Kilsədə atışma olub Rusiyanın Yujno-Saxalinsk vilayətində kilsədə atışma baş verib.

Kilsədə atışma olub Rusiyanın Yujno-Saxalinsk vilayətində kilsədə atışma baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs kilsəyə bazar ayininə gələnlərə atəş açıb. Nəticədə biri rahib, digəri isə ziyarətçi olmaqla 2 nəfər ölüb, 6 nəfər də yaralanıb.

Hüquq-mühafizə orqanları artıq atəş açanın şəxsiyyətini müəyyənləşdiriblər. Bu, özəl mühafizə şirkətlərindən birində mühafizəçi işləyən 1989-cu il təvəllüdlü yerli sakindir. Saxlanılan şəxsin barəsində həbs-qəti imkan tədbirinin seçiləcəyi və onun psixoloji ekspertizadan keçiriləcəyi gözlənilir.

Kilsədə atışma ilə əlaqədar "iki və daha artıq adamın ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm