• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Türkiyə konsulluğu vurulmayıb – RƏSMİ AÇIQLAMA

  • Dünya
  • 11 Noyabr 2014 18:44
  • 393 Baxış
Türkiyə konsulluğu vurulmayıb – RƏSMİ AÇIQLAMA

Türkiyə Xarici İşlər Nazirliyi koalisiya qüvvələrinin bu gün səhər İraqın Mosul şəhərində keçirdiyi əməliyyat zamanı vurulan obyektlər arasında Türkiyənin Mosuldakı Konsulluğunun da olduğu barədə iddiaları təkzib edib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Türkiyə XİN-i əməliyyatlar zamanı Türkiyənin Mosuldakı Konsulluğunun vurulmadığını, sadəcə, yanındakı binaların bombardımandan xəsarət aldığını açıqlayıb.

Xatırladaq ki, koalisiya qüvvələri bu gün səhər saatlarında İraqın Mosul şəhərində əməliyyat keçirib. Əməliyyatda vurulan yerlər arasında terror təşkilatının özünə əsas qərargah olaraq seçdiyi Türkiyə Konsulluğunun da binasının olduğuna dair iddialar mətbuatda yayılıb.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR