İŞİD-çilərin başını kəsib yas mərasiminə yolladılar
Bizi izləyin

Dünya

İŞİD-çilərin başını kəsib yas mərasiminə yolladılar

İraqın Fəllucə şəhərində İŞİD-lə toqquşmada öldürülən şiə milisin silahdaşları qətlə yetirilənin yas mərasiminə öldürdükləri 7 İŞİD-çinin kəsilmiş başlarını yollayıblar.

Publika.az “BasNyus”a istinadən xəbər verir ki, şiələrdən ibarət qüvvələrlə İŞİD üzvləri arasındakı toqquşmalar davam edir. Bu toqquşmalardan biri də İraqın Fəllucə şəhərində olub.

Fəllucə şəhərində baş verən bir toqquşmada öldürülən Bəşir Şəlan adlı şiə milisinin cənazəsi Basra şəhərinin Təmimiyə rayonundakı evinə göndərilib. Amma milisin silahdaşları onun cənazəsini göndərməklə kifayətlənməyiblər. Onlar həmin döyüşdə öldürülən 7 İŞİD-çinin kəsilmiş başlarına da Şəlanın ailəsinə göndəriblər.

“İlaf” xəbər agentliyinin məlumatına görə, cənazə ilə bir yerdə İŞİD-çilərin kəsik başlarını qarşılaşan yas evindəki matəm bayrama çevrilib.

Bəşir Şəlanın dostu, kapitan Heydər Metruş bu addımı silahdaşlarının intiqamını almaq və mərhumun ailəsinə təsəlli vermək üçün atdıqlarını bildirib. Heydər “Bəşir Fəllucədə vurulanda, intiqamını almaq üçün bunu elədik. Ailəsi bilməlidir ki, Bəşirin qanı boşa axmayıb” deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm