Moskvanı lax yumurta qoxusu bürüyüb
Bizi izləyin

Dünya

Moskvanı lax yumurta qoxusu bürüyüb

Rusiyanın paytaxtı Moskva şəhərini lax yumurta qoxusu bürüyüb.

Publika.az xəbər verir ki, qoxunun mənbəyini tapmaq üçün Rusiya Fövqəladə Nazirliyinin əməkdaşları paytaxtın bir neçə rayonunda 20-dən artıq şəhər obyektini yoxlayıblar.

Mütəxəssislər hesab edir ki, bu iyin əsas mənbəyi zəhərləyici maddələr üzrə normaları aşmış Moskva Neftayırma Zavodu ola bilər.

Paytaxt sinoptikləri də eyni cür düşünürlər.

Rosgidromet mərkəzinin direktoru Yuri Varakin deyib ki, havanın çirklənməsi və küləklərin istiqaməti lax yumurta iyinə bənzəyən qoxunun neftayırma zavodu tərəfdən gəldiyini deməyə əsas verir.

Föfqəladə Hallar Nazirliyinin nümayəndəsi Vladimir Stepanov çərşənbə günü paytaxtın cənub-şərgindəki neftayırma zavodunda yoxlama işlərinin aparıldığını deyib.

Amma müəssisəyə baş çəkən mütəxəssislər qoxuya səbəb ola biləcək tullantının mənbəyini müəyyən edə bilməyiblər.

Bu arada müəssisənin sahibi olan "Qazprom neft” şirkətinin mətbuat xidməti sulfid istehsal edən avadanlıqdakı texniki nasazlıq barədə mətbuatda dərc olunmuş xəbərləri təkzib edib.

"Bu, nəzəri cəhətdən mümkün deyil. Oktyabr ayından avadanlıq modernləşdirildiyindən texnoloji proseslərdə istifadə olunmur. Zavod istehsalat planına əsasən adi cədvəl üzrə işləyir”, - şirkətdən bildirilib.

Şirkətdən verilən məlumata görə, zavodun öz laboratoriyası atmosferdə hidrogen-sulfid səviyyəsinin normada olduğunu göstərib.

Moskva Neftayırma Zavodunda zəhərli tullantıların havaya buraxılması faktı təsdiqlənərsə şirkət cərimələnə bilər. Bu barədə “Russkaya slujba novostey” agentliyinə Dövlət Dumasının Ekologiya və Təbii ehtiyatların istifadəsi komitəsindən Maksim Şinqarkin bildirib.

Rusiya Fövqəladə Nazirliyinin məlumatına əsasən Moskva havasında hidrogen-sulfid dərəcəsi normadan 1,5-2 dəfə artıq olsa da, insan səhhəti üçün təhlükəli normadan 800 dəfə aşağıdır.

Nazirlik paytaxtda ekoloji vəziyyətin dəqiqləşdirilməsi üçün 100-dən artıq əməliyyat qrupunun yaradıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm