BMT-də təcili toplantı: Rusiya hücuma hazırlaşır
Bizi izləyin

Dünya

BMT-də təcili toplantı: Rusiya hücuma hazırlaşır

BMT Təhlükəsizlik Şurası Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyevin ölkənin şərqində baş verən hərbi canlanma ilə bağlı müraciətindən sonra fövqəladə toplantı çağırıb.

Publika.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının noyabr ayı üçün başqanı və Avstraliyanın daimi nümayəndəsi Qeru Kuinlan toplantının bu gün New York vaxtı ilə saat 14:30-da (Bakı vaxtilə 19:30) keçiriləcəyini bildiirb.

Qeyd edk ki, Yuri Sergeyev BMT-də etdiyi çıxışında Rusiyanın Ukrayna sərhədinə çox sayda canlı qüvvə və ağır texnika topladığını deyib.

“Son hadisələrdən sonra məlum olur ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşır. Buna görə, BMT TŞ-nin ən qısa zamanda toplanması lazımdır”, - Yuri Sergeyev əlavə edib.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) da Yuri Sergeyevin iddialarını təsdiqləyib. Belə ki, qurum verdiyi açıqlamada bu gün Donetskin mərkəzindən 3 kilometr məsafədə yerləşən ərazidə naməlum 43 ədəd yük maşınıın təsbit edildiyini açıqlayıb. Bu yük maşınlarının 5-nin 120 millimetrlik hava mərmisi, 5 yük maşınının isə uzaqmənzilli raketlər daşıdığı məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm