İŞİD liderinin “ölüm”ündə ABŞ-ın məqsədi ortaya çıxdı
Bizi izləyin

Dünya

İŞİD liderinin “ölüm”ündə ABŞ-ın məqsədi ortaya çıxdı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD lideri Əbubəkr Əl-Bağdadinin öldüyü barədə iddiaları təsdiqləməyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Twitter” hesablarından paylaşılan mesajların da etibarlı olmadığı ortaya çıxıb.

Son olaraq iraqlı səlahiyyətlilər Bağdadinin ağır yaralandığını və Suriyaya aparıldığını açıqlayıb. Məsələ ilə bağlı müəmma davam edərkən yeni və maraqlı bir iddia ortaya atılıb. ABŞ-dan verilən son açıqlamada iddianın təsdiq edilmədiyi bildirilib. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki son açıqlamasında “Koalisiya təyyarələri noyabrın 7-də İŞİD liderlərinin Mosul ətrafında toplanacağı barədə məlumatdan sonra oradakı 10 avtomobildən ibarət avtomobil karvanına hava hücumları təşkil edib. Bağdadinin həmin karvanda olub-olmadığını təsdiqləyə bilmirik” deyib.

Məsələ ilə bağlı maraqlı bir şərh “Daily Mail” nəşrindən gəlib. Nəşrin yazdığına görə, İŞİD terror təşkilatının lideri hər kəsi aldatmış ola bilər: “Bağdadinin əsas məqsədi ABŞ-ı onun öldüyünə inandırmaqdır. Bağdadi öz ölümünü hazırladı və bütün dünyanı öldüyünə inandırdı. “Homeland” serialında “Əl-Qaidə” terror təşkilatının liderinin bir hava hücumunda öldüyü hesab olunmuşdu”.

İŞİD sözçüsü Əbu Məhəmməd əl-Adnani “Twitter” hesabından Bağdadinin yaralandığını bildirmiş, əlavə məlumat verməmişdi. İrəli sürülən iddialardan biri isə bu idi ki, İŞİD liderinin yaralandığı barədə xəbərin verildiyi “Twitter” hesabı əslində əl-Adnaninin olmayıb və əl-Bağdadinin yerinin müəyənləşdirilməsi məqsədinə ABŞ tərəfindən təşkil edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm