İŞİD-in enerjisini kəsdilər
Bizi izləyin

Dünya

İŞİD-in enerjisini kəsdilər

İraq və Suriyadakı neft-təbii qaz yataqlarına nəzarət uğrunda qarşıdurmalar şiddətlənir.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, mütəxəssislər İraq və Suriyadakı enerji sahələri üzərində İŞİD təhlükəsinin davam etdiyini, ancaq terror qruplaşmasının verdiyi itkilərlə irəliləyişinin azaldığını ifadə edir. İŞİD keçən həftə Suriyanın Xüms şəhərindəki Şaar və Cahar qaz yataqlarını ələ keçirmiş, həftə sonunda isə Əsəd rejiminə bağlı güclər yataqları geri aldıqlarını açıqlamışdı. ABŞ-ın liderlik etdiyi koasisiya gücləri də terror qruplaşmasının nəzarət etdiyi neft və təbii qaz ərazilərinə hücumlarını davam etdirir.

İŞİD-in əlindəki Deyr əz-Zor şəhərindəki Tana neft yatağı koalisiya hücumları nəticəsində geri alınıb. Eyni zamanda İraq Müdafiə Nazirliyi bu gün verdiyi açıqlamasında Beyci neftayırma zavodunun olduğu mahalın geri alındığını bildirib. Neftayırma zavodu iyul ayından İŞİD-in mühasirəsində idi. Vaşinqtondakı Vilson Mərkəzinin İraq üzrə mütəxəssisi Marina Ottavay bildirib ki, İŞİD bütün neft və təbii qaz ərazilərini ələ keçirmək məcburiyyətindədir: “Çünki terror qruplaşmasının əssa maliyyə qaynağı neft-qaz yataqlarıdır. Amma neft və qaz İŞİD-in yeganə maliyyə qaynağı deyil. Buna görə də İŞİD-in bu strategiyası baş tutmasa belə, döyüşməyə davam edəcəklər”.

İraqın Süleymaniyyə şəhərində fəaliyyət göstərən Amerika Universitetinin müəllim Bilal Vahab İŞİD-in Telafer mahalındakı Akkaz qaz sahəsi üçün ciddi təhdid yaratdığını, ancaq ələ keçirməsinin mümkün olmadığını söyləyib. Qazın neft kimi anbarlara toplanılmasının asan olmadığını bildirən Vahab qeyd edib ki, İŞİD İraqdakı qaz yataqlarına nəzarət etsə belə neftdən olduğu kimi asan şəkildə pul qazana bilməz.

Xümsdəki qaz yataqları uğrunda da qarşıdurma davam edir. Buradakı qaz yataqları ya YPG, ya da hökumətin əlindədir. Sözügedən yataqlara kimin nəzarət etdiyinə dair dəqiq məlumat yoxdur. Ən böyük qaz yatağı olan Əbu Rabah Dəməşq rejiminin əlindədir. İŞİD Suriyada neft bölgəsi olan Mumbuc, Rakka və İraq sərhədinə yaxın Deyr əz-Zor şəhərlərini əlində saxlayır. Təşkilat ölkənin ən böyük neft sahəsi olan və gündəlik 75 min barrel neft hasilatına sahib olan El-Ömərə də nəzarət edir. Təşkilatın Rakkada hasil etdiyi neftin böyük bir hissəsini Əsəd rejiminə sattığına dair iddialar var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm