İraqda terror aktında 6 polis öldü
Bizi izləyin

Dünya

İraqda terror aktında 6 polis öldü

İraqın şimalında yerləşən Badji şəhərində insanların sıx toplaşdığı ərazidə kamikadze tərəfindən terror aktı törədilib.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi şəhərin meri Məhəmməd Mahmuda istinadən bildirib. Terror aktı nəticəsində səkkiz nəfər, həmçinin altı polis ölüb.

Daha əvvəl İraq ordusunun generalı Abdelvahab Al-Saadi bildirib ki, hərbçilər yerli administrasiya və polis bölməsinin binasını qaytarmağı geri bacarıblar. General həmçinin qeyd edib ki, hərbi qulluqçular şəhərin çox hissəsi üzərində nəzarəti təmin ediblər. Şəhərin digər hissəsinin isə İŞİD terror qruplaşmanın əlində olduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm