Leysan yağışlar İtalida həyatı iflic edib
Bizi izləyin

Dünya

Leysan yağışlar İtalida həyatı iflic edib

Leysan yağışları İtaliyada böyük dağıntılara və insan itkisinə səbəb olub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İtaliyanın şimalında yerləşən Liquriya vilayətinin bir çox şəhərlərində vəziyyət daha kritikdir. Xilasedicilər bu gün itkin düşən iki yaşlı insanın cansız bədənlərini dağıntılar altından çıxarıblar. Onların ər-arvad olduğu bildirilir.

Pyemont və Toskanada şəhərlərində sürüşmələr və su axınları yolları yararsız hala salıb. Kyavari şəhərinin 30 minlik əhalisi isə içməli susüz qalıb. Liquriya vilayətinin bəzi rayonlarında 12 saat ərzində 200 millimetr yağıntı düşüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına xilasedicilər və yanğınsöndürənlərlə yanaşı hərbi qulluqçular da cəlb olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm