İŞİD-in yeni lideri - Səddam qayıdır
Bizi izləyin

Dünya

İŞİD-in yeni lideri - Səddam qayıdır

İŞİD terror qruplaşmasının rəhbəri Əbubəkr Əl-Bağdadinin ölümü ilə bağlı xəbərlərin yayıldığı bir vaxtda yeni bir iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, İŞİD-in Suriyadakı komandirlərindən birinin keçmiş mühafizəçisi Böyük Britaniyanın “Telegraph” qəzetinə terror qruplaşmasının yeni lideri barəsində danışıb.

İŞİD komandirinin yanından qaçan Abu Abdullah adlı bu şəxs yeni liderin Səddam Camal olduğunu deyib. Abdullah qeyd edib ki, Camal keçmiş narkotik satıcısıdır. O, daha sonra Azad Suriya Ordusuna, son olaraq isə İŞİD-ə qatılıb.

Xəbərdə Səddam Camalla əlaqədar qısa olaraq bu şəkildə məlumat verilir: “İŞİD Camalın evini havaya uçurdu, qardaşlarından birini öldürdü. Başqa bir qardaşını da əsir alaraq öldürdülər. Bundan sonra Camal yoxa çıxdı. 2013-cü ilin noyabrında ortaya çıxdı və İŞİD-ə biət etdiyini açıqladı. Camal şaitat adlı tayfanın İŞİD-ə qarşı qiyam qaldırmasına cavab olaraq bu tayfadan 700 adamı öldürdü. Bir ana ilə atanın gözü qarşısında uşaqlarının başını kəsdi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm