“İlovaysk qazanı”nda Ukraynanın 400 hərbçisi həlak olub
Bizi izləyin

Dünya

“İlovaysk qazanı”nda Ukraynanın 400 hərbçisi həlak olub

Donetsk vilayətinin İlovaysk rayonunda təxminən 400 Ukrayna döyüşçüsü həlak olub.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Milli hərbi-tarix muzeyinin elmi işlər üzrə direktor müavini Yaroslav Tınçenko bildirib.

Onun sözlərinə görə, könüllülər cari ilin 3 sentyabr - 10 oktyabr tarixlərində “Donetsk Xalq Respublikası”nın mühasirəsində olan İlovayskdan təxminən 400 Ukrayna döyüşçüsünün cəsədini çıxarıblar.

Xatırladaq ki, Ukraynanın İlovaysk rayonunda baş verən faciə ilə bağlı Ali Radada yaradılan Müvəqqəti istintaq komissiyası ötən ay araşdırmaların ilkin nəticələrini açıqlayıb. Hesabatda Müdafiə Nazirliyində səhv kadr təyinatlarının faciəyə gətirib çıxardığı deyilir. Qeyd olunur ki, keçmiş müdafiə naziri Valeri Qeletey, Baş Qərargah rəisi Viktor Mujenkonun qeyri-adekvat hərəkətləri, eləcə də prezidentin hərbi vəziyyətin tətbiqinə təşəbbüs etməməsi hadisənin səbəblərindəndir.

Bundan başqa, komissiyanın üzvləri qeyd edirlər ki, həmin vaxt ölkənin müdafiəsi lazımi şəkildə təşkil edilməyib. Müvəqqəti istintaq komissiyasının məlumatında isə 200 Ukrayna hərbçisinin öldüyü açıqlanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm