Kiyev torpaqları qaytaracağı vaxtı açıqladı
Bizi izləyin

Dünya

Kiyev torpaqları qaytaracağı vaxtı açıqladı

Ukraynanın Donbas hövzəsində münaqişə ən azı 2020-ci ilə kimi davam edəcək.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, belə bir proqnozla "Ukrayna üçün döyüş: müharibədə banklar" dəyirmi masasında Ukrayna Milli Təhlükəsizlik Xidmətinin sədrinin məsləhətçisi Markiyan Lubkovski çıxış edib.

“Əgər cari vəziyyəti analiz etsək və Balkan təcrübəsinə əsaslansaq, iddia edə bilərəm ki, münaqişənin həlli yaxın perspektivdə mümkün deyil. Bunun üçün illər lazım olacaq. Ən azından dörd-beş ildən söhbət gedir. Ukrayna hakimiyyəti müəyyən vaxtdan sonra hazırda nəzarət etmədiyi ərazilər üzərində nəzarəti bərpa edə bilər”, - deyə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi əminliyini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm