Ukrayna partizanları kazak lideri “Marşal”ı öldürdülər – FOTOLAR
Bizi izləyin

Dünya

Ukrayna partizanları kazak lideri “Marşal”ı öldürdülər – FOTOLAR

Ukrayna partizanları Donbas hövzəsində “Kazak Qvardiyası” qrupunun “Marşal” ləqəbli liderini və bir neçə separatçını məhv edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, partizanlar separatçılarla döyüşdən itkisiz çıxa biliblər.

Məlumata görə, partizanlar pusquda dayanaraq separatçıların olduğu iki avtomobili 2 saatdan çox gözləyib. “AK-74” avtomatları və “Muxa” minaatanları ilə silahlanan partizanlar avtomobillərdəki bütün separatçıları öldürüb. Lakin onların sayı açıqlanmayıb. Sözügedən partizan qrupunda 11 könüllü təmsil olunur.

Xatırladaq ki, partizanlar 25 oktyabrda Donetskdə “Donetsk Xalq Respublikası” separatçı qurumun bayrağı üzərində nasizmin emblemini çəkib və videonu internetdə paylaşaraq separatçılara mesajlarını çatdırıblar.

“Bizim torpağımızdan yox olun. Biz söz veririk ki, separatçılar olduqları blokpostlardan itməkdə davam edəcək. Sizin yanınızda olan hər şey partlayacaq və yanacaq. Sizə təzyiq göstərəcəyik, amma hələ əzməyəcəyik. Gedin və ətrafınıza göz gəzdirin!" deyə Donbas hövzəsindəki partizanlar bildirib.

Daha əvvəl isə partizanlar Donetskdə törədilən partlayışlara görə məsuliyyəti üzərinə götürüblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm