PKK lideri: “Kobanidən sonra Afrin hədəfdədir”
Bizi izləyin

Dünya

PKK lideri: “Kobanidən sonra Afrin hədəfdədir”

PKK terror təşkilatının şəhər ərazisində fəaliyyət göstərən qolu olan “Kürdüstan Cəmiyyətləri Birliyinin” (KCK) lideri Cəmil Bayık “Kobanidən sonra Afrin kantonu hədəfdədir” deyib.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, KCK-nın liderlərindən olan Cəmil Bayık “Independent” qəzetinə müsahibə verib. Qəzet Bayıkın çadırın qabağında çəkilmiş fotosunu manşet edərək, məqaləni “Kobanini qoruyacağıq” başlığı ilə yayımlayıb.

Publika.az həmin müsahibəni ixtisarlar təqdim edir:

Kobani təslim edilməyəcək

Müsahibədə ilk olaraq Bayıkın Kobani ilə əlaqədar dedikləri nəzərə çatdırlıb: “Kobani təslim edilməyəcək. Şərq və qərb cəbhələrində irəliləyirik. Kobanidəki kürd döyüşçüləri bələdiyyə binasını geri alıb və İŞİD-in əlində olan bir məscidi havaya uçurtmaq məcburiyyətində qalıb”.

Bayık ABŞ qırıcılarının Kobanini bombalamağa davam etdiyini bildirib: “Ancaq terrorçular bombardman vaxtı evlərə girib gözdən itirlər. Bombardman bitəndən sonra səngərlərə geri qayıdırlar”.

KCK terror təşkilatının lideri Kobanidən sonra Afrin kantonuna hücum təhlükəsinin olduğunu vurğulayıb.

Əvvəlcə panika yaradıb, sonra hücum edirlər

Bayık müsahibəsinə bu cür davam edir: “Kobanidə İŞİD problemi olduğu kimi, Afrində də Əl-Nusra problemi var. Sərhədə yaxınlaşırlar. Kəndlilərə telefonla zəng edərək “qaçın, yoxsa sizi öldürəcəyik” deyirlər. İŞİD kimi psixoloji müharibə aparırlar. Əvvəlcə insanlar arasında panika yaradırlar, daha sonra hücum edirlər. Kobani təhvil verilsə və ya Əl-Nusra Afrinə girsə, Türkiyə ilə sülh müzakirəsini davam etmək mümkün olmayacaq”.

PKK ilə ABŞ-ın birbaşa əlaqəsi yoxdur

PYD-nin (Demokratik Birlik Partiyası) ABŞ-la danışıq aparmasına toxunan Bayık “PKK ABŞ-la birbaşa görüşmür. Ancaq PYD və YPG (PKK terror təşkilatının Suriya qolu) görüşür” deyib: “Əgər quruda koordinatları verən insanlar olmasaydı, ABŞ silah və təchizat göndərə və İŞİD sipərlərini bombardman edə bilməzdi”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm