Dünya
Türkiyəli tələbələrin qisası: ABŞ əsgərlərinin başına çuval keçirdilər
İstanbulda olan 71 nömrəli ABŞ Hərbi Donanmasının əsgələrinin başına Türkiyə Gənclər Birliyinin (TGB) üzvləri çuval keçirib.
Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında İstanbul şəhərinin Eminönü rayonunda baş verən hadisə zamanı TGB üzvləri üç ABŞ əsgərinin başına çuval keçiriblər. Bununla da kifayətlənməyən aksiyaçılar “Yanke Go Home”, “Məhv olsun Amerika imperializmi” şüarları səsləndirərək ABŞ əsgərlərinin üstünə qırmızı boya atıblar.
TGB üzvlərindən biri ingiliscə əsgərlərə “ABŞ ordusuna mənsub olduğunuzu bəyan etdiniz. Sizi qatil olaraq tanıyırıq. Bizim torpağımızdan rədd olub getməyinizi istəyirik və indi etiraz hüququmuzdan istifadə edirik” deyib. Buna cavab olaraq ABŞ əsgərləri də “yaxşı, gedirik” deyib.
Xatırladaq ki, 2003-cü ilin 4 iyun tarixində İraqın Süleymaniyə şəhərində ABŞ əsgərləri Türkiyə Xüsusi Təyinatlılar komandanlığının qərargahına basqın təşkil edib. Basqın nəticəsində Türkiyə əsgərlərinin başına çuval keçirib və sorğulamaq üçün Bağdada aparıblar.
Qabil
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO