“Forbes” ən zəngin terror təşkilatlarının reytinqini açıqladı – SİYAHI
Bizi izləyin

Dünya

“Forbes” ən zəngin terror təşkilatlarının reytinqini açıqladı – SİYAHI

“Forbes” nəşrinin İsrail versiyası dünyanın ən zəngin terror təşkilatlarının siyahısını açıqlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, siyahıda terror təşkilatlarının gəlirləri əksini tapıb.

“İslam Dövləti" (İŞİD) ən zəngin təşkilat hesab olunur. İraq və Suriyanın əhəmiyyətli ərazisinə nəzarət edən İŞİD-in illik gəliri 2 milyard dollar təşkil edir. Qeyd olunur ki, İŞİD yalnız hazırda ən zəngin terror təşkilatı deyil, həm də gəlirlərin səviyyəsi üzrə tarixdə analoqsuz təşkilatdır.

İkinci yerdə “Həmas” İslam Müqavimət Hərəkatı dayanır (“Həmas” İsraildən fərqli olaraq bir çox dövlətlər tərəfindən terrorçi təşkilat hesab olunmur – Ö.D.). “Həmas”ın illik gəliri İŞİD-in gəlirindən iki dəfə azdır.

Reytinqdə üçüncü yerdə illik gəliri 600 milyon dollarla Kolumbiyanın İnqilabi Silahlı Qüvvələr (FARK) təşkilatı qərarlaşıb. İlk beşliyi Livan şiə təşkilatı “Hizbullah” (500 milyon dollar) və Taliban təşkilatları (400 milyon dollar) tamamlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm