“Rus ayısı” Şərqə çevrilir, Vaşinqton isə “Cin əjdəhası” qarşısında yaltaqlanır ­- Mövqe
Bizi izləyin

Dünya

“Rus ayısı” Şərqə çevrilir, Vaşinqton isə “Cin əjdəhası” qarşısında yaltaqlanır ­- Mövqe

“Rusiya Çinin sakit limanına Vaşinqton və Avropa ilə yeni “soyuq müharibə”nin burulğanından üzüb gedir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri gərginləşən Rusiya-Qərb münasibətləri fonunda inkişaf etməkdə olan Rusiya-Çin münasibətlərini şərh edən iqtisadçı Rijvi Şıxab “The Jakarta Globe” nəşrində dərc etdirdiyi məqaləsində yazıb.

Müəllifin sözlərinə görə, indiki geosiyasi vəziyyəti XX əsrin yetmişinci illərini xatırladır: “İndiki vəziyyəti çoxları “soyuq müharibə 2” adlandırırlar. Brejnev dövründə Sovet İttifaqı “Pershing” kiçik mənzilli Amerika ballistik raketlərinin Qərbi Avropada yerləşdirilməsinə qarşı çıxdı. Hazırda isə Rusiya prezidenti Vladimir Putin Şərqi Avropada – Polşa və Çexiyada raketdən müdafiə sistemlərin yerləşdirilməsinə qarşı çıxış edir”.

Amma analitikin fikrincə, iki dövr arasındakı fərq Çinlə bu iki rəqibin münasibətləri ilə bağlıdır: “Əgər Vaşinqton və Pekinin münasibətləri 1970-ci illərdə pik səviyyədə idisə, Moskva ilə münasibətlər dəyişkən idi. Hazırda hər şey son dərəcə dəqiqdir: Vaşinqton “Çin əjdahası” qarşısında yaltaqlanır, Çin isə “rus ayısı” ilə dostluğu möhkəmlədir. Son illər ərzində Rusiya və Çin arasında əmtəə dövriyyəsi 89,2 milyard dollara qədər artıb. Bunun 2020-ci ildə 200 milyard dollar çatdırılması planlaşdırılır. Bundan başqa, Moskva və Pekin hərbi, kəşfiyyat və texnologiya sferalarında öz əməkdaşlığını dərinləşdirir”.

Analitikin fikrincə, Çin-Rusiya münasibətlərinin inkişafı hər iki tərəf üçün maraqlıdır: “Çinin inkişaf edən iqtisadiyyatına təbii resurslar, Rusiya isə investisiyalar lazımdır. Rusiya cənub-şərqi Asiya ölkələrinə Avropa ilə ticarət üçün Malakka boğazının əvəzinə Şimal dəniz yolunu təklif edə bilər. Sibir və Uzaq Şərqin İnkişaf planı Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatları üçün yeni imkanları açır. Bu isə öz növbəsində Rusiyanı Avrasiya körpüsünə çevriləcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm