Kamikadze kolleci partlatdı
Bizi izləyin

Dünya

Kamikadze kolleci partlatdı

Nigeriyanın şimal-qərbində yerləşən Kontaqora şəhərində pedaqoji kollecdə partlayış baş verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər həlak olub, bir o qədər də yaralanıb.

Məlumata görə, hadisə tələbələrin imtahan verdiyi vaxt baş verib. Kamikadze özünü kollecin kitabxanası yaxınlığında partladıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Ancaq polis "Boko Haram” islam qruplaşmasından şübhələnir.

Bundan əvvəl isə tələbənin forma geyinən terrorçu Potiskum şəhərinin kollecində partlayışı təşkil edib. Partlayış nəticəsində 58 insan həlak olmuş, 117-si isə yaralanmışdı.

Ölkənin şimalında terror aktlarını bir qayda olaraq "Boko Haram" qruplaşmasının üzvləri olan kamikadzelər törədir. Ekstremistlər beş ildən çoxdur ki, hakimiyyətə qarşı müharibə aparırlar. Təşkilat Nigeriyanın bütün ərazisində şəriət qaydalarının tətbiqini dəstəkləyir. 2014-cü ilin mayında BMT Təhlükəsizlik Şurası “Boko Haram”ı terror təşkilatları siyahısına daxil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm