ATƏT xəbərdarlıq etdi: Yeni müharibə başlayır
Bizi izləyin

Dünya

ATƏT xəbərdarlıq etdi: Yeni müharibə başlayır

Separatçılar Donetsk vilayətinin Mariupol şəhəri ətrafında hərbi əməliyyata hazırlaşırlar.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Baş katibi Lamberto Zannier bildirib.

“Mariupol separatçılar tərəfindən ən çox atəşə tutulan yerlərdən biri olmaqda davam edir. Bunu isə onların hərbi əməliyyata hazırlaşması kimi qəbul etmək olar”, - deyə ATƏT-in baş katibi deyib.

Qeyd edək ki, ATƏT dünən Donbas hövzəsində fərqləndirici nişanları olmayan 43 hərbi yük maşınının olduğu kolonun qeydə alındığını açıqlayıb. Məlumata görə, kolon separatçıların nəzarət etdiyi Donetsk şəhərinə hərəkət edirdi. Kolonda beş ağır qaubitsa və beş reaktiv yaylım atəş sistemi qeydə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm