Ukrayna hərbçiləri Donetsk aeroportunu tərk etdi - FOTO
Bizi izləyin

Dünya

Ukrayna hərbçiləri Donetsk aeroportunu tərk etdi - FOTO

Ukraynanın “Sağ sektor” təşkilatının döyüşçüləri Donetsk aeroportunun terminallarını tərk edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Boqema” ləqəbli döyüşçü bildirib.

O, həmçinin qeyd edib ki, bu, Ukrayna hərbçilərinin nəzarət etdiyi aeroportun təslim edilməsi anlamına gəlmir. “Boqema”nın sözlərinə görə, "Sağ sektor” Donetsk vilayətinin Opıtnoqo və Vodyanoqo Yasinovatsko rayonları ərazisində öz güclərini artırıb.

Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından bildirilmişdi ki, “Sağ sektor”un Donetsk aeroportundan çəkilməsi haqqında informasiyaya malik deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm