Rusiya ATƏT-i təkzib etdi
Bizi izləyin

Dünya

Rusiya ATƏT-i təkzib etdi

Rusiya Müdafiə Nazirliyi NATO nümayəndəsinin Rusiya hərbi qüvvələrinin Ukraynaya girdiyi ilə bağlı səsləndirdiyi iddiaları təkzib edib.

Axar.az xəbər verir ki, nazirliyin sözçüsü İqor Konaşenkov keçirdiyi brifinqdə yayılan iddiaların heç bir dəlilə söykənmədiyini bildirib.

Bu arada Ukrayna Müdafiə naziri Stefan Poltorak ordu qüvvələrinin ölkənin şərqinə yeridildiyini açıqlayıb. Nazir bu addımın yarana biləcək hər hansı təhlükəyə görə atıldığını bildirib: “Gözlənilməz vəziyyətlərə qarşı hərbi qüvvələrimizin sayını artırırıq. Vəziyyət nəzarət altındadır. Lazım gələrsə, cavab verəcəyik”.

Xatırladaq ki, NATO Avropa Müttəfiq Qüvvələri komandanı general Filip Bredlav Bolqarıstanın paytaxtı Sofiyada Rusiya hərbi qüvvələrinin Ukraynanın şərqinə girdiyini iddia etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm