Krım tatarlarının şəxsi batalyonu yaradılır
Bizi izləyin

Dünya

Krım tatarlarının şəxsi batalyonu yaradılır

Krım tatarları şəxsi batalyonlarını yaratmaq istəyirlər.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Krım tatarlarının lideri Mustafa Cəmilov prezident Pyotr Poroşenko ilə görüşdə bu barədə müzakirələr aparıb.

M.Cəmilov həmçinin qeyd etdi ki, təxminən 450 Krım tatarı Donbas hövzəsində müxtəlif hərbi batalyonlarda terrorçuluğa qarşı əməliyyatda iştirak edir. O, vurğulayıb ki, həmin hərbi qulluqçuların qohumları Krım ərazisində xüsusi təhlükəyə məruz qalırlar və yerli hakimiyyətin girovuna çevriliblər. M.Cəmilov bildirib ki, Donbas hövzəsində vuruşan Krım tatarlarının adları məxfi saxlanılmalıdır.

M.Cəmilov əminliyi ifadə edib ki, Krım tatarları və ukraynalılar Krımı azad etmək üçün birlikdə mübarizə aparacaqlar: “Krım tatarları anlayırlar ki, xalqın gələcəyi müstəqil və güclü Ukrayna ilə bağlıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm