Putinin keçmiş məsləhətçisi: “Putin bu əmrlərdən birini verməlidir”
Bizi izləyin

Dünya

Putinin keçmiş məsləhətçisi: “Putin bu əmrlərdən birini verməlidir”

Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsində "taktik pauza” götürüb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin sabiq-məsləhətçisi Andrey İllarionav “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Putin Şərqi Asiya və Avstraliya səfərləri ilə Ukrayna münaqişəsində “taktik pauza”ya müraciət edib. O, hesab edir ki, zorakılığın eskalasiyası indiki məqamda Putin üçün əlverişli deyil. Putinin keçmiş məsləhətçisinin fikrincə, beynəlxalq liderlərlə danışıqların davam etdirilməsi üçün Putin üçün Ukraynada sakitlik lazımdır.

Kremlin ritorikasının bir neçə gün əvvəl gözlənilmədən yumşaldığını deyən İllarionov xəbərdarlıq edir ki, sevinmək tezdir. "Bu pauza ABŞ Konqresinə seçkilərin nəticələri ilə qismən bağlı ola bilər. Amma pauza Putinin Şərqi Asiya səfəri, həmçinin ATES və "Böyük iyirmiliyin” sammitlərində iştirakı ilə bağlı olması mümkündür. Ukraynada vəziyyətin kəskinləşməsi sözsüz ki, Putinin xarici liderlərlə görüşləri zamanı əlverişsiz fon yarada bilər. Bu məntiqlə çıxış etsək, deməli sözügedən danışıqların tamamlanmasından dərhal sonra gərginliyin artmasını yenidən görəcəyik. Hazırda Vladimir Putin dalana dirənib. Axı o, Ukraynanın şərqində Rusiya qoşunlarını daim saxlaya bilmir. Qoşun ya irəli hərəkət etməli, ya da Ukraynadan çıxmalıdır. Putin bu əmrlərdən birini verməlidir və bunu çox qısa müddət ərzində etməyə məcburdur. Bir neçə gündən bir-iki həftəyə qədər", - deyə A.İllarionov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm