Rusiya NATO-ya meydan oxudu
Bizi izləyin

Dünya

Rusiya NATO-ya meydan oxudu

NATO ölkələrinin narazılıqlarına rəğmən, Rusiya Karib dənizi və Meksika körfəzində bombardmançı təyyarələrinin uçuşlarının genişləndiriləcəyini bəyan edib.

Publika.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu yeni uçuşlar barədə verdiyi açıqlamasında deyib ki, Atlantik okeanının qərbində və Sakit okeanın şərqində, habelə ABŞ-a yaxın su ərazilərində vəziyyət hərbi mövcudluğun artırılmasını tələb edir.

Bəyanat Rusiyanın Avropa məkanına təyyarə göndərməsinə görə NATO-nun tənqidlərinə məruz qaldığı vaxta təsadüf edir.

Qeyd edək ki, ötən gün Rusiya təyyarələri Norveçin hava məkanına daxil olub. NATO Moskvanın Qara, Baltik və Şimal dənizləri üzərində patrul uçuşları həyata keçirdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm