Rusiya Azov dənizi akvatoriyasını minalayır
Bizi izləyin

Dünya

Rusiya Azov dənizi akvatoriyasını minalayır

Rusiya hərbçiləri Donetsk vilayətində Mariupolun ətrafında Azov dənizinin akvatoriyasını minalayırlar.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin məsləhətçisi Markiyan Lubkivski "Şuster Live” telekanalın efirində bildirib.

“Rusiyalılar Mariupolu dənizdən mühasirəyə almaq üçün Azov dənizinin akvatoriyasını minalayırlar. Məqsəd həm də regionun iqtisadi infrastrukturunu partlatmaqdır", - deyə Lubkivski vurğulayıb.

Dünən isə ATƏT-in baş katibi Lamberto Zannier bildirib ki, separatçılar Donetsk vilayətinin Mariupol şəhəri ətrafında hərbi əməliyyata hazırlaşırlar: “Mariupol separatçılar tərəfindən ən çox atəşə tutulan yerlərdən biri olmaqda davam edir. Bunu isə onların hərbi əməliyyata hazırlaşması kimi qəbul etmək olar”.

Qeyd edək ki, ATƏT dünən Donbas hövzəsində fərqləndirici nişanları olmayan 43 hərbi yük maşınının olduğu kolonun qeydə alındığını açıqlayıb. Məlumata görə, kolon separatçıların nəzarət etdiyi Donetsk şəhərinə hərəkət edirdi. Kolonda beş ağır qaubitsa və beş reaktiv yaylım atəş sistemi qeydə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm