• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Erməni polisi aksiya iştirakçılarına güc tətbiq etdi – VİDEO

  • Dünya
  • 13 Noyabr 2014 12:48
  • 466 Baxış
Erməni polisi aksiya iştirakçılarına güc tətbiq etdi – VİDEO

Ermənistanın paytaxtı İrəvanda dünən “Mən-qarşı!" adı ilə etiraz aksiyası keçirilib.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, hökumət binası qarşısında keçirilən aksiya iştirakçıları maliyyə, həmçinin təhsil və elm nazirinə ünvanlanan məktubu Ermənistanın baş naziri Ovik Abyamyana veriblər.

Polis aksiya iştirakçılarına Maliyyə Nazirliyinin binasının girişinə yaxınlaşmağa icazə verməyib. Onlar bundan sonra hökumətin binasına tərəf hərəkət ediblər.

“Qaqik Xaçaturyan (maliyyə naziri – Ö.D.) baş nazirin göstərişini yerinə yetirməyib. O, bununla yenə nümayiş etdirdi ki, statusu baş nazirin statusundan daha yuxarıdır”, - deyə aksiya iştirakçısı Qevork Qorqisyan bildirib.

Qeyd edək ki, aksiya iştirakçıları yeni pensiya sisteminin tətbiqi barədə qanuna, həmçinin həm özəl, həm də dövlət sektorunda işləyənlərdən tutulan məbləğə etirazını bildiriblər. Yığım pensiya sisteminin tətbiqi barədə qanuna ötən il boyu davam edən etirazlara baxmayaraq Ermənistan parlamentində qəbul edilib və bu ilin yanvarın 1-dən qüvvəyə minib. Yeni qanuna görə, 1974-cü ildən sonra anadan olanlar Pensiya Fonduna məcburi qaydada öz əmək haqlarının 5 faizini ödəməlidir. Maaşların həcmindən asılı olaraq yığım faizi 10-a qədər arta bilər. Nümayişçilər bildirdilər ki, tələblər yerinə yetirilməyəcəyi halda aksiyalara davam edəcəklər.

Məlumatda həmçinin bildirilir ki, polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR