ABŞ-dan “çuval” açıqlaması – RƏSMİ
Bizi izləyin

Dünya

ABŞ-dan “çuval” açıqlaması – RƏSMİ

ABŞ-ın Türkiyədəki səfirliyi amerikalı əsgərlərin başına çuval keçirilməsi ilə bağlı olaya münasibət bildirib.

Publika.az “rsfmradio.com”a istinadən xəbər verir ki, dünən İstanbulda Türkiyə Gənclər Birliyinin üzvləri ABŞ-ın 3 əsgərinin başına çuval keçiriblər. Bununla da kifayətlənməyən gənclər “Yanke Go Home”, “Məhv olsun Amerika imperializmi” şüarları səsləndirərək ABŞ əsgərlərinin üstünə qırmızı boya atıblar.

Məsələyə dair ABŞ səfirliyindən açıqlama gəlib. Səfirlik baş vermiş hadisəni qəti şəkildə pisləyib: “Türkiyəni ziyarət edən 3 amerikalı əsgərə edilən hücumu son dərəcə çirkin davranış hesab edirik. Sülhsevər etiraz haqqına və fikir azadlığına hörmət etməklə bərabər, dünən İstanbulda baş verən bu hücumu qınayırıq. Türkiyə xalqının böyük hissəsinin türk qonaqpərvərliyinə hörmətsizlik olan bu hücuma qarşı çıxacağına şübhəmiz yoxdur”.

Qeyd edək ki, 2003-cü ilin 4 iyun tarixində İraqın Süleymaniyə şəhərində ABŞ əsgərləri Türkiyə Xüsusi Təyinatlılar komandanlığının qərargahına basqın təşkil edib. Basqın nəticəsində Türkiyə əsgərlərinin başına çuval keçirib və sorğulamaq üçün Bağdada aparıblar.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm