• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İrandan etiraf: “Suriyada raket zavodu tikdik, “Hizbullah” və fələstinliləri silahlandırırıq”

  • Dünya
  • 13 Noyabr 2014 14:10
  • 711 Baxış
İrandan etiraf: “Suriyada raket zavodu tikdik, “Hizbullah” və fələstinliləri silahlandırırıq”

İran İnqilab Keşikçiləri Hava Kosmik komandiri general Əmir Əli Hacızadə İranın Suriyada raket zavodu tikdiyini deyib.

Publika.az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, Hacızadə Avropanın sanksiyalarına rəğmən, İranın hərbi sahədə böyük uğur əldə etdiyini vurğulayıb. Hacızadə “əvvəl Suriyadan raket texnologiyası alırdıq. Ancaq indi Suriyaya raket satırıq. Suriyadakı raket zavodunu İran tikib” deyə qeyd edib.

Avropa ölkələrinin İranın çoxlu raketə sahib olmasından narahat olduğunu bildirən general “İranın sahib olduğu raket sayını azaltmaq istədilər. Ancaq buna nail ola bilmədilər. İndi, demək olar ki, bu məsələdə ancaq biz qərar verə bilərik” deyib.

Hacızadə Livanda “dirəniş cəbhəsi” adlandırdığı “Hizbullah”ı və Fələstindəki qruplaşmaları raketlə təmin etdiklərini də bildirib. General həmçinin istehsal edilən raketlərin İsraillə mübarizədə ciddi rol oynayacağını da qeyd edib.

Xatırladaq ki, İranın istehsal etdiyi raketlər 2 min kilometr uzaqlıqdakı hədəfi vura bilir. İran istehsalı olan raketlər əvvəllər hədəfdən 200-400 metr yayınsa da, görülən işlər nəticəsində bu rəqəm 10 metrə qədər azaldılıb.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR