Tacikistanda iş yerlərində namaz qılmaq qadağandır
Bizi izləyin

Dünya

Tacikistanda iş yerlərində namaz qılmaq qadağandır

Tacikistan Milli Məclisi iş yerlərində namaz qılmağa icazə verən qanun layihəsini rədd edib.

Publika.az xəbər verir ki, Tacikistan Milli Məclisində İslami Oyanma Partiyasının iki millət vəkili tərəfindən iş yerlərində namaz qılmağa icazə verilməsi ilə bağlı təklif rədd edilib.

Belə ki, üç ay davam edən müzakirələrdən sonra Tacikistan Milli Məclisi iş yerlərində namaz qılmaq qadağasını qüvvədə saxlayıb. Tacikistan xalqının böyük bir hissəsinin müsəlman olmasına baxmayaraq, ölkədə ancaq məscid və fərdi evlərdə namaz qılmağa icazə verilir.

İş yerlərində namaz qıldığı sübuta yetirilən müsəlmanlara müxtəlif cəzalar verilir. Şahidlərin dediyinə görə, hüquq mühafizə orqanlarının əməkdaşları məscidlərin qarşısında dayanır və namaz qılmağa gələnlərin şəxsiyyətlərini müəyyənləşdirir.

Bütün bunlarla bərabər, övladlarını məscidə göndərən valideynlər izlənilir və cəzalandırılır. Uşaqları məscidə buraxan axundlar isə polis tərəfindən sorğulanaraq bunun bir daha təkrarlanmaması üçün dillərindən izahat alınır.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm