Putin yaxın iki həftə ərzində hücum əmri verəcək – İDDİA
Bizi izləyin

Dünya

Putin yaxın iki həftə ərzində hücum əmri verəcək – İDDİA

“Əminəm ki, Rusiyanın Ukraynaya müdaxiləsi yazda ola bilər. Qarda vuruşmaq şimal qonşusu üçün çətinlik yaradacaq”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri ukraynalı politoloq Taras Kuzo Rusiya prezidentinin sabiq-məsləhətçisi, ABŞ-ın Katona institutunun qlobal azadlıq və çiçəklənməsi üzrə mərkəzin böyük elmi işçisi Andrey İllarionov “Amerikanın səsi” radiosuna müsahibəsində söylədiyi fikirləri şərh edərkən deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə Putinin yaxın iki həftə ərzində Rusiya qoşunlarına Ukraynaya hücum əmri verəcəyini bildirib. İllarionovun sözlərinə görə, Putin Şərqi Asiya və Avstraliya səfərləri ilə Ukrayna münaqişəsində “taktik pauza”ya müraciət edib. O, hesab edir ki, zorakılığın eskalasiyası indiki məqamda Putin üçün əlverişli deyil. Putinin keçmiş məsləhətçisinin fikrincə, beynəlxalq liderlərlə danışıqların davam etdirilməsi üçün Putin üçün Ukraynada sakitlik lazımdır.

Kremlin ritorikasının bir neçə gün əvvəl gözlənilmədən yumşaldığını deyən İllarionov xəbərdarlıq edir ki, sevinmək tezdir: "Bu pauza ABŞ Konqresinə seçkilərin nəticələri ilə qismən bağlı ola bilər. Amma pauza Putinin Şərqi Asiya səfəri, həmçinin ATES və "Böyük iyirmiliyin” sammitlərində iştirakı ilə bağlı olması mümkündür. Ukraynada vəziyyətin kəskinləşməsi sözsüz ki, Putinin xarici liderlərlə görüşləri zamanı əlverişsiz fon yarada bilər. Bu məntiqlə çıxış etsək, deməli sözügedən danışıqların tamamlanmasından dərhal sonra gərginliyin artmasını yenidən görəcəyik. Hazırda Vladimir Putin dalana dirənib. Axı o, Ukraynanın şərqində Rusiya qoşunlarını daim saxlaya bilmir. Qoşun ya irəli hərəkət etməli, ya da Ukraynadan çıxmalıdır. Putin bu əmrlərdən birini verməlidir və bunu çox qısa müddət ərzində etməyə məcburdur. Bir neçə gündən, bir-iki həftəyə qədər", - deyə A.İllarionov vurğulayıb.

Taras Kuzo qeyd edir ki, Rusiya əgər yazda Şərqi Ukraynaya tam miqyaslı müdaxilə etsəydi, qalib gələ bilərdi: “Çünki həmin vaxt Rusiya ordusunun qarşısında yalnız Ukraynanın Silahlı Qüvvələri olardı, könüllü batalyonlar olmazdı. Bu gün isə onu etmək çox çətin olacaq. Amma Putin hazırkı vəziyyətlə barışa bilmir və bu əsas problemdir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm