“BoyuMu yerə soxum” – ETİRAZ– FOTOLAR
Bizi izləyin

Dünya

“BoyuMu yerə soxum” – ETİRAZ– FOTOLAR

Avstraliyalılar “Böyük iyirmiliyin” (“G20”) bu ölkədə keçiriləcək sammiti ərəfəsində görünməmiş bir etiraz formasından istifadə ediblər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, avstraliyalılar iqlim dəyişikliyi sahəsində dövlət siyasətinə qarşı etiraz əlaməti olaraq başlarını quma basdırıblar.

Etiraz aksiyasına Avstraliyanın Bondi şəhərinin çimərliyində 400-dən çox insan qatılıb. Hökumətin siyasətinə etiraz edənlər arasında valideynlər və məktəblilər, həmçinin işgüzar kostyumlarda olan işçilər olub.

Qeyd edək ki, “G20”nin sammiti Avstraliyanın Brisben şəhərində 15-16 tarixlərində keçiriləcək. Sammitdə müzakirə olunacaq məsələlərdən biri də qlobal iqlim dəyişiklikləridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm