Türk polisi Amerika dənizçilərinə hücum edən 3 nəfəri həbs edib
Bizi izləyin

Dünya

Türk polisi Amerika dənizçilərinə hücum edən 3 nəfəri həbs edib

Türkiyə polisi İstanbulda üç ABŞ dənizçisinə hücum etməkdə təqsirləndirilən bir qrup türk ultra-millətçini həbs edib.

Türkiyə Gənclər İttifaqı hücumun video yazısını internetdə yayımlayıb. Videoda qrup üzvlərinin uniforma geyinməyən ABŞ dənizçilərinə hücum etdikləri nümayiş etdirilir.

Şübhəli şəxslər dənizçilərə boya atıb və onları həbs etməyə cəhd edib. Bir neçə gün İstanbulda olan USS Ross gəmisinin dənizçiləri xəsarət almadan qaçaraq gəmiyə qayıtmağa müvəffəq olub.

ABŞ səfirliyi videonu təhlükəli hadisə adlandıraraq hücumu pisləyib. USS Ross gəmisinin bu gün Türkiyəni tərk edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm