Putin Davos Forumunda iştirakdan imtina etdi
Bizi izləyin

Dünya

Putin Davos Forumunda iştirakdan imtina etdi

Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumun işində iştirak etməkdən imtina edib.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov bildirib.

Davosa Rusiya prezidentinin əvəzinə baş nazir Dmitri Medvedev gedə bilər. Putin Davosa sonuncu dəfə baş nazir kimi 2009-cu ildə gedib. Kreml rəhbərinə hər il dəvət göndərilməsinə baxmarayaq, o, adəti olaraq Ümumdünya İqtisadi Forumda iştirakdan imtina edir.

Qeyd edək ki, sanksiyalar altına düşən Rusiyanın iki bankı - VTB və Əmanət bankı Davos Forumunun stratefi partnyorudur. Bu banklar forumun təşkili üçün hər il 622 min dollar ödəyirlər.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm