Gah öldürürlər, gah dirildirlər
Bizi izləyin

Dünya

Gah öldürürlər, gah dirildirlər

"İslam Dövləti" (İŞİD) terror qruplaşması audioyazının köməyi ilə Əbubəkr Əl-Bağdadinin öldüyü barədə iddiaları cavablandırıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, audioyazıda bu iddialar təkzib olunub. “Biz heç vaxt mübarizəni dayandırmayacağıq. Hətta bir döyüşçü qalsa belə”, - deyə bəyanatda deyilir.

Xatırladaq ki, 9 noyabr tarixində ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin İraqda İŞİD liderlərinin olduğu bir avtomobil karvanına aviazərbələr endirildiyi barədə informasiya yayıldı. İraq televiziyası hərbçilərə istinad edərək Bağdadinin də onların arasında olduğunu, onun öldüyünü, ən azından yaralandığını açıqladı. Amma ABŞ Müdafiə Nazirliyi bu informasiyanı təsdiqləmədi.

Bəzi iddialara görə isə ağır yaralanan İŞİD lideri Suriyaya aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm