Separatçılar Xarkovda mitinq keçirməyə hazırlaşır
Bizi izləyin

Dünya

Separatçılar Xarkovda mitinq keçirməyə hazırlaşır

Separatçılar 18 noyabrda Xarkovda mitinq keçirməyə hazırlaşır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko “Facebook” səhifəsində bildirib.

A.Qeraşenkonun sözlərinə görə, mtinqin Moskva prospektində "Turboatom" zavodunda keçirilməsi planlaşdırılır.O, qeyd edib ki, Daxili İşlər Nazirliyi Rusiya meylli diversantların təxribatlarına imkan verməmək üçün aksiyanın qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət edəcək.

O, həmçinin əlavə etdi ki, mitinqdə 150 insanın iştirak edəcəyi barədə informasiya əldə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm