• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

BMT və ABŞ erməni təxribatına reaksiya verdi

  • Dünya
  • 14 Noyabr 2014 07:21
  • 543 Baxış
BMT və ABŞ erməni təxribatına reaksiya verdi

BMT Baş Katibi Ban Ki Mun və ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki noyabrın 12-də Ağdam yaxınlığındakı təmas xəttində təxribat törədən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına reaksiya veriblər.

Publika.az xəbər verir ki, onlar tərəfləri atəşkəsə riayət etməyə və konflikti dinc vasitələrlə həll etməyə çağırıblar.

BMT Baş Katibinin sözçüsü Farhan Haq qurum rəhbərinin ATƏT Minsk Qrupunun həmsədrlərinin insidentlə bağlı narahatlıqlarını paylaşdığını bildirib. BMT təmas xəttində atəşəkəsin pozulmasının konfliktin dinc yolla həllinə maneə törətdiyini bildirib. “Baş Katib tərəfləri yerdə konfliktin eskalasiyasına gətirib çıxaracaq əməllərdən çəkinməyə çağırır və ATƏT Minsk Qrupunun vasitəçilik səylərinə tam dəstəyini ifadə edir,” - deyə Farhan Haq bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonun insan itkisindən təəssüfləndiyini bildirib. “Bu insident bir daha atəşkəsə riayət etməyin mühümlüyünü və münaqişənin dinc yolla həllinin vacibliyini xatırladır,” - Psaki deyib.

Qeyd edək ki, noyabrın 12-də yerli vaxtla saat 13:45 radələrində Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri Azərbaycanın təmas xəttindəki mövqelərinə hücum edərkən vurulub. Helikopterin üç nəfərlik ekipajı həlak olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR